“1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?”

image-zindanbackend

Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bununla bağlı prezident.az saytı məlumat yayıb. Sərəncama əsasən, 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Mövzunu Busaat.az-a dəyərləndirən Azərbaycan Yüksəliş Partiyasının (AYP) sədri Anar Əsədli bildirib ki, istənilən halda əfv sərəncamı humanist və təqdirəlayiq addımdır: “Neçə-neçə evə sevinc gəldi, həsrətə son qoyuldu. Lakin Əfv Məsələləri üzrə Komissiya daha geniş spektri əhatə etməli, bir sıra kriteriyaları nəzərə almalı idi. Komissiyanın hazırladığı və Prezidentə təqdim etdiyi siyahı daha geniş aspektdən işlənə bilərdi, daha çox islah olunmuş və bundan sonra cəmiyyətə zərər verməyəcək məhbusların azadlığa çıxması təmin oluna bilərdi”.

Bir çox siyasi məhbusun azadlığa çıxmasını alqışlayırıq, əlbəttə. Amma misal üçün sual verirəm-Elçin Əmiraslanov kimi 25-30 il məhkumluq həyatı yaşayan, 1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır? Dövlət intiqam alan deyil, islah edəndir. Zənnimcə, bu insanlar 25 il ərzində səhvlərini dərk edib, islah olunublar və bundan sonra da cəmiyyət üçün təhlükə yaradacaq hadisələrdə iştirak etməzlər. Bu baxımdan, Əfv Komissiyasının işini kafi hesab etmək olmaz. Bir sözlə, gözləntilər tam özünü doğrultmadı”-deyə, Əsədli vurğulayıb.

image-anar-esedi

Onun sözlərinə görə, Əfv Komissiyası dövlətin ədalətinin geniş şəkildə təcəssüm tapması üçün hansı kriteriyaları əsas götürməsi barədə mətbuata açıqlama verməlidir: “Hər halda, gələcəkdə istər əfv sərəncamı, istərsə də amnistiya olacaqsa, bunlar nəzərə alınmalıdır. İnsanlarımız hər şeyi görür, kimlər xalqa, dövlətə hansı zərərləri vurub, nə qədər cəza alıb, nə qədər islah olunub, hansı vaxtda həbsdən buraxılıb. Xalqın gözü tərəzidir deyirlər. Bunu unutmasınlar”.

Busaat.az

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90