100-ə yaxın jurnalist koronavirusa yoluxdu – Rusiyada

100-ə yaxın jurnalist koronavirusa yoluxdu – Rusiyadabackend

Rusiyada 100-ə yaxın jurnalist koronavirusa yoluxub.

Busaat.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin deyib.

O bildirib ki, daha 500-ə yaxın jurnalist isə karantində və ya özünütəcriddədir:

“Biz həmkarlarımızla baş verənləri diqqətlə izləyirik. Bizdə olan məlumata görə, bu günədək yüzə yaxın jurnalistə koronavirus infeksiyası diaqnozu qoyulub. 500-ə yaxın insan karantində və özünütəcriddədir. Təssüf ki, bu yaxınlarda Moskvada jurnalistlərdən biri dünyasını dəyişib”.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 52 763-ə, ölənlərin sayı isə 456-ya çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90