Qərb ölkələri Donbassda dinc əhali arasında itkilər və Ukrayna ordusunun mülki obyektlərə hədəflənmiş zərbələri barədə məlumatları qəsdən gizlədir.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya bildirib.
“Donbass ərazisində və Azov yaxınlığında dağıntıların qurbanları haqqında məlumat Qərb həmkarlarımız tərəfindən qəsdən susdurulur”, – Nebenzya deyib.
Onun sözlərinə görə, 2014-cü ilin mayından 2023-cü ilin sentyabrına qədər təkcə DXR ərazisində 9 min dinc sakin, o cümlədən 230 uşaq həlak olub, 825-i uşaq olmaqla 13 mindən çox insan yaralanıb.
Nebenzya bildirib ki, Rusiyanın yeni bölgələrində dağıntı qurbanları haqqında dəqiq məlumatlar hələ də ümumiləşdirilir.
Natiq Kərimli,
Busaat.az