14,5 milyondan çox ukraynalı müharibə səbəbindən ölkəsini tərk edib

image-ukraynatankibackend

Rusiyanın Ukraynada müharibəyə başladığı fevralın 24-dən bəri 14,5 milyondan çox ukraynalı ölkəni tərk edib.

Busaat.az xəbər verir ki, sözügedən statistikanı Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets açıqlayıb.

Lubinets verdiyi yazılı açıqlamada, “14,5 milyondan çox ukraynalı fevralın 24-dən sonra ölkəni tərk edib və onlardan ən azı 11,7 milyonu Avropa İttifaqı (Aİ) ölkələrinə gedib” – deyə, bildirib.

Lubinets həmçinin davam edən müharibə səbəbindən 4,7 milyon ukraynalının məcburi köçkünə çevrildiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90