15 yaşlı qızı hamilə buraxan müəllimlə bağlı hökm ləğv edildi

15 yaşlı qızı hamilə buraxan müəllimlə bağlı hökm ləğv edildibackend

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan, onu hamilə buraxan 60 yaşlı Məmmədov Şəfahət barəsində Lerik Rayon Məhkəməsinin qəbul etdiyi 1 il həbs cəzası ilə bağlı hökm ləğv edilib.

Busaat.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O bildirib ki, həmin şəxsə cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hamıda təəssüf hissi doğurmuşdu. Həmin məsələni ictimailəşdirdikdən sonra, Milli Məclisin sədr müavini Adil Əliyev qeyd olunan məsələni nəzarətə götürüb və öz hesabına vəkillə təmin etmişdi:

“İş üzrə şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdi, məhkəmənin qərarı ilə Lerik Rayon Məhkəməsinin təyin etdiyi hökm ləğv edilib, iş qanunvericiliyin tələbinə uyğun olaraq yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarılıb”.

Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90