2020-ci ilin ƏN GÜCLÜ ORDULARI – Azərbaycan Ermənistanı 47 pillə qabaqladı

2020-ci ilin ƏN GÜCLÜ ORDULARI – Azərbaycan Ermənistanı 47 pillə qabaqladıbackend

Mərkəzi ABŞ-da yerləşən müstəqil “Global Firepower” dünyanın ən güclü ordularına sahib ölkələrinin 2020-ci il üzrə siyahısını açıqlayıb.

Busaat.az xəbər verir ki, “2020: hərbi güc reytinqi” adlı siyahıda 138 ölkənin Silahlı Qüvvələri yer alıb.

Reytinqin tərtib olunmasında illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyət, Hərbi Hava Qüvvələrinin arsenalı: pilotsuz uçan aparat və helikopterlər, qırıcı təyyarələr, tankların sayı və hərbi donanma üzrə göstəricilər nəzərə alınıb.

Reytinqə əsasən, Azərbaycan Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə malik ölkədir. Ordumuz 138 ordu arasında 63-cü pillədə qərarlaşıb.

Hərbi büdcə 2 milyard 805 milyon ABŞ dolları, şəxsi heyət 426 min nəfərdən ibarətdir. Azərbaycan Hərbi Hava Qüvvələrinin aktivində 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarə, 88 helikopter və 17 qırıcı helikopter mövcuddur. Quru Qoşunların aktivində 570 döyüş tankı var. Hərbi donanma 31 gəmiyə malikdir.

Ermənistan isə 112-ci sırada qərarlaşıb. Hərbi güc baxımından bütün göstəricilər üzrə Azərbaycandan geridə qalan işğalçı ölkənin hərbi büdcəsi 1 milyard 385 milyon ABŞ dollarıdır. Şəxsi heyət 245 min nəfərdən ibarətdir. Ermənistan Hərbi Hava Qüvvələrinin aktivində 13 hərbi təlim təyyarəsi, 9 qırıcı təyyarə, 37 helikopter və 20 qırıcı helikopter var. Quru qoşunları 110 tanka malikdir. Hərbi donanması yoxdur.

Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü 13-cü ordusu mövqeyindədir. TSQ 2019-cu il reytinqində 9-cu yerdə qərarlamışdı. Türkiyəni cənub qonşumuz İran izləyir. Gürcüstan isə hərbi göstəricilərinə görə siyahının 93-cü pilləsində yer alıb.

1. ABŞ

Hərbi büdcə: 750 milyard dollar

Şəxsi heyət: 2 milyon 260 min

Hərbi Hava Qüvvələri: 13 min 264 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 2 min 85

Döyüş tankı: 6 min 289

Donanma: 490

2. Rusiya

Hərbi büdcə: 48 milyard dollar

Şəxsi heyət: 3 milyon 13 min

Hərbi Hava Qüvvələri: 4 min 163 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 873

Döyüş tankı: 12 min 950

Donanma: 603

3. Çin Xalq Respublikası

Hərbi büdcə: 237 milyard dollar

Şəxsi heyət: 2 milyon 693 min

Hərbi Hava Qüvvələri: 3 min 210 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 1 232

Döyüş tankı: 3 min 500

Donanma: 777

4. Hindistan

Hərbi büdcə: 61 milyard dollar

Şəxsi heyət: 3 milyon 544 min

Hərbi Hava Qüvvələri: 2 min 123 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 538

Döyüş tankı: 4 min 292

Donanma: 285

5. Yaponiya

Hərbi büdcə: 49 milyon dollar

Şəxsi heyət: 303 min

Hərbi Hava Qüvvələri: 1 561 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 279

Döyüş tankı: 1004

Donanma: 155

6. Cənubi Koreya

Hərbi büdcə: 44 milyard dollar

Şəxsi heyət: 3 milyon 680 min

Hərbi Hava Qüvvələri: 1 649 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 414

Döyüş tankı: 2 min 614

Donanma: 234

7. Fransa

Hərbi büdcə: 41,5 milyard dollar

Şəxsi heyət: 451 min

Hərbi Hava Qüvvələri: 1 229 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 269

Döyüş tankı: 528

Donanma: 180

8. Böyük Britaniya

Hərbi büdcə: 55,1 milyard dollar

Şəxsi heyət: 275 min

Hərbi Hava Qüvvələri: 733 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 133

Döyüş tankı: 227

Donanma: 88

9. Braziliya

Hərbi büdcə: 27,8 milyard dollar

Şəxsi heyət: 1 milyon 674 min 500

Hərbi Hava Qüvvələri: 715 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 43

Döyüş tankı: 437

Donanma: 112

10. Misir

Hərbi büdcə: 11,2 milyard dollar

Şəxsi heyət: 920 min

Hərbi Hava Qüvvələri: 1054 (təyyarə + PUA + helikopter)

Döyüş təyyarəsi: 215

Döyüş tankı: 4 min 295

Donanma: 316

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90