Cənubi Qafqaz üzrə 3+3 formatında (Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, İran) yeni sessiya hazırlanır, görüşün vaxtı və gündəliyi razılaşdırılır.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib.
“Biz indi növbəti belə tədbiri hazırlayırıq və konkret vaxt çərçivələri və gündəliyi razılaşdırırıq” – deyə, Lavrov bildirib.
Qeyd edək ki, 3+3 formatında ilk görüş 2021-ci ildə Moskvada xarici işlər nazirləri səviyyəsində keçirilib. Lakin Gürcüstan sessiyadan imtina edib və iştirak etməyib.