“5-ci kalon deputatlarla hərbçilər arasında nifaq yaratmağa çalışır” – Millət vəkili daha kimləri ittiham etdi?

image-1614494837_herbbackend

“Son günlər ölkədə hərbçilərlə deputatlar arasında nifaq yaradılması məqsədilə Azərbaycanın inkişafının əleyhinə olan insanalar (ünsürlər) planlı və düşünülmüş işlər aparırlar. Sizi əmin edirəm ki, hələ indiyə qədər nə Milli Məclisin rəhbərliyi, nə də deputatlardan kimsə Sizin maaşlarınızın azaldılması haqqında bir cümlə belə işlətməyib”.

Bu sözləri millət vəkili Etibar Əliyev feysbuk hesabında hərbçilərə müraciətində yazıb.

Onun sözlərinə görə, hərbçilərin yaşayış səviyyəsinin yüksəldilməsi, onlara qayğının artırılması isriqamətində bütün deputatlar hökumət qarşısında məsələ qaldırıblar.

E. Əliyev bildirib ki, hərbçilərlə deputatlar arasında gərginlin yaradılmasında 5-ci kalonun əli var:

“5-ci kalonun nümayəndələri və yelbeyin qaraguruhçular Vətən müharibəsindən əvvəl Dövləti bir qarış torpaq azad edə bilməməkdə suçlayırdılar. İndi Torpaqlarımız işğaldan azad olunub. Leksikon dəyişib”.

“Bunların beyinlərini manipulyasiya edənlər hərbçiləri gündəmə gətiriblər. Sizlərdən sui- istifadə etməyə çalışırlar. Ancaq bu baş tutmayacaq”

Deputat qeyd edib ki, ölkədə və xaricdə qarşıdurma yaratmağa meylli olanlar məqsədlərinə çata bilməyəcəklər.

“Təəssüflər olsun ki, Pressklub.tv adlanan televiziya da bu gün azadlıq qəzetinin apardığı antimilli təbliğata qoşulub. İlk baxışdan adama elə gəlirdi ki, presskluba intellektuallar toplaşıb”.

Etibar Əliyev hərbçilərin maaşları ilə bağlı onun adından tirajlanan məlumatların yalan olduğunu vurğulayıb:

“Yenə də təkrar edirəm. Nə Milli Məclisin rəhbərliyi, nə də deputatların heç biri Sizin maaşlarınızın azaldılması məsələsinə toxunmayıb. Nə belə səs yazısı var, nə belə müsahibə var, nə də belə müəllif yazısı var. Bu dezinformasiyanı yayanlar ölkədə hərbçilərin heysiyyatına toxunmaq istəyən ünsürlərdir”bizim.media

image-1614494750_1

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90