50 mindən çox vətəndaş orduya qatılmaq üçün qeydiyyata alınıbbackend

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50 min 500-ə yaxın vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb.

Xidmətdən Busaat.az-a bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.