8 yaşlı qız intihar edibmiş

8 yaşlı qız intihar edibmişbackend

Bakıda 8 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlanılıb. 

Busaat.az xəbər verir ki, noyabrın 27-də 2012-ci il təvəllüdlü Fərəh Nadirova binanın 13-cü mərtəbəsində yaşadıqları mənzildən özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə günü azyaşlının binadan ehtiyatsızlıq nəticəsində yıxılaraq öldüyü deyilirdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90