80 və 89 yaşlı cütlük koronavirusa qalib gəldi – VİDEO

80 və 89 yaşlı cütlük koronavirusa qalib gəldi – VİDEObackend

Türkiyənin paytaxtı Ankarada koronavirusa yoluxan 80 və 89 yaşlı cütlük sağalıb.

Busaat.az xəbər verir ki, cütlük 13 günlük müalicədən sonra evlərinə göndərilib.

Xəstəxana işçiləri onları alqışlarla yola salıb.

“Hürriyet”in xəbərinə görə, xəstələrin müalicəsində Çindən gətirilən dərman istifadə olunub. Onların immun sistemi müqavimətli olduğu, sağlam qidalandıqları və siqaret çəkmədikləri üçün koronavirusa qalib gəldikləri bildirilib.

Son rəqəmlərə görə, Türkiyədə 30 min 217 nəfər koronavirusa yoluxub. Onlardan 649 nəfəri dünyasını dəyişib. 1 326-sı sağalıb. 1 415 nəfərin vəziyyəti kritikdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90