86 ildən sonra Ayasofyada ilk dəfə namaz qılınır – CANLI

86 ildən sonra Ayasofyada ilk dəfə namaz qılınır – CANLIbackend

Ayasofya camisi 86 ildən sonra yenidən dirilişini  cümə namazı ilə dünyaya elan edir.

Busaat.az xəbər verir ki, mərasim Diyanət İşləri İdarəsi tərəfindən təşkil edilən dua proqramı ilə başlayıb. Quran surələri və sela oxunduqdan sonra proqram Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaşın duasıyla sona çatacaq.

Ayasofya Kəbir məscidində ilk namazı qılmaq istəyən vətəndaşlar sübh saatlarından meydana doğru axışıb.

Dövlət səlahiyyətliləri yeni tip koronavirus epidemiyası ilə əlaqədar vətəndaşların əllərinə dizenfeksiya kremləri sıxdıqdan sonra temperaturlarını ölçür, tibbi maska və tək istifadəlik səccadə verirlər.

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin iştirakının gözlənildiyi açılış mərasiminə çox sayda yerli və xarici turist gəlib.

Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bölgəyə polis qrupları da sövq edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90