Abel Məhərrəmovun general qardaşının idarəsi ləğv edilib – Bu rəislər işsiz qalıb? (FOTOLAR)

image-1669644104_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend

Ədliyyə Nazirliyinin aparatının bir sıra idarələri ləğv edilib, yerlərində yeni idarələr yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət Baş İdarəsi ləğv edilərək, yerində Strateji planlaşdırma və monitorinq baş idarəsi yaradılıb. Ləğv edilən idarənin rəisi 2013-cü ildən Qasımov Elçin Lütvəli oğlu olub.

1669644095 fbf2a85fe2b751baa8307809ffc5cc1d1 jpg
Elçin Qasımov 

İdarənin rəis müavini isə Sübhi Kazımovdur. O, hazırda Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini də icra edir.

1669644096 c4b3057ebfc15162ff9596b836d539362 jpg
Sübhi Kazımov

Qeydiyyat və notariat Baş İdarəsi ləğv edilərək yerinə, Ədliyyə sahəsində xidmətlər baş idarəsi yaradılıb. Ləğv edilən idarənin rəisi Məmmədov İlqar Kamil oğlu, müavini isə Soltanov Mehman Nəsir oğludur.

1669644098 1cd421e16d914a2ccaaa69e9f10866043 jpg
İlqar Məmmədov

Kadrlar Baş İdarəsi ləğv edilərək, yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Kadırlar idarəsinin rəisi Məhərrəmov Rauf Məmmədəli oğlu, müavini isə Mahmudov Rəsul Fərman oğludur. Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır

1669644098 b6ea5e6bd756133e6cbc96bc5baaad1a4 jpg
Rauf Məhərrəmov </bİnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi ləğv edilərək, İnsan hüquqları və kommunikasiya idarəsi yaradılıb. Onun rəisi isə Sabitova Aynur Zakir qızıdır.<1669644099 d6b0d5a74805438df6153e393536df7e5 jpg
Aynur Sabitova

İnformasiya-kommunikasiya texnologiyaları idarəsi ləğv edilərək, İnformasiya texnologiyaları və innovasiyalar idarəsi yaradılıb. Bu idarənin də rəisi Səmədzadə Ağakərim Ağasəməd oğludur.

1669644101 fec2c23caa36c15a25ce5d4c19537bda6 jpg
Ağakərim Səmədzadə 

Qeyd edək ki, yeni yaradılan idarələrə hələlik təyinat olmayıb. Köhnə rəislərin yeni idarələrə təyinat alıb-almayacağı bəlli deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki