İsrail parlamentdə “işğal qanunu”nu qəbul edib

image-israilbackend

İsrail hökuməti İordan çayının qərb sahilində yaşayan yəhudilərə imtiyaz verən cəza məcəlləsini və digər tətbiqləri 5 il müddətinə uzadan qanun qəbul edib.

Busaat.az xəbər verir ki, bu barədə  İsrail parlamentindən verilən yazılı açıqlamada bildirilib.

Üçüncü səsvermədə 39 deputat “qərarın lehinə, 12 deputat isə əleyhinə səs verib.

Sözügedən qanun, 1967-ci ildə qəbul olunub və İordan çayının qərb sahilində yaşayan fələstinlilər İsrail hərbi qanunlarına əsasən mühakimə olunurlar.

İsraildə 8 partiyanın bir araya gəlməsi ilə qurulan Naftali Bennett-Yair Lapidin rəhbərlik etdiyi koalisiya hökuməti 2022-ci ilin iyununda sözügedən qanunu qəbul edə bilməyib. İsraildə noyabrın 1-də keçirilən seçkilərdə Benyamin Netanyahunun başçılıq etdiyi ifrat sağçı və ultra-pravoslav yəhudi partiyalarından ibarət sağçı blok  qalib gəlib. Netanyahu hökumətinin ilk işi sözügedən qanun layihəsini yanvarın 10-da Parlament Komitəsindən keçirmək olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90