Abdullah Ağar: “44 günlük müharibə “Azərbaycanın Qurtuluş Savaşı”dır” – VİDEO

image-abdullahagarbackend

“Qarabağ savaşının iradəsi İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nümayiş etdiyi qərarlılıqla ortaya çıxdı”.

“Haber Global”ın məlumatına görə, bu sözləri türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar deyib.

Ekspert qeyd edib ki, liderlər hazırda müharibənin aparıldığı ərazidədir.

“Qarabağ müharibəsi möhtəşəm bir qəhrəmanlığı ortaya qoydu. Bu da iki dövlətin, iki liderin iradəsi ilə birlikdə meydana çıxdı”, – deyə ekspert qeyd edib.

Türkiyəli ekspert Qarabağda gedən 44 günlük müharibəni Türkiyənin Qurtuluş Savaşı ilə müqayisə edib və “bu savaş Azərbaycanın qurtuluş savaşıdır” ifadəsini səsləndirib.

“Hər millət varlığını davam etdirə bilməsi, özünə inanması üçün bir zəfərə möhtacdır. Bax, o zəfər, bu zəfərdir”, – deyə A.Ağar vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90