ABŞ-da 400 minə yaxın insan işıqsız qalıbbackend

Cümə günü ABŞ-ın Texas və Luiziana ştatlarının sahil ərazilərində “Delta” qasırğasının yaxınlaşması ilə əlaqədar elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib.

Busaat.az xəbər verir ki, bu barədə ölkədə elektrik təchizatı ilə bağlı vəziyyəti izləyən “poweroutage.us” portalı xəbər verib.

Texasda 115 minədək, qonşu Luizianada isə 270 mindən çox istehlakçı işıqsız qalıb.

ABŞ-ın Qasırğaları Müşahidələri üzrə Milli Mərkəzinin verdiyi məlumata görə, bu ştatların sahil rayonlarında artıq fırtınalı hava var. Leysan yağışlar səbəbindən isə sel təhlükəsi var.