ABŞ-da Türkiyəyə sanksiya qanunu müzakirəyə çıxarılır

image-senatorbackend

Amerikalı demokrat senatorlar Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi hazırlayıblar.

Busaat.az  isinadla xəbər verir ki, yeni qanun layihəsinə əsasən, əgər Türkiyədə bundan sonra hansısa insan haqları pozularsa, o zaman ölkəyə sanksiya tətbiq olunacaq. Qanun layihəsi təsdiqlənərsə, ABŞ dövlət katibinə Türkiyədə siyasi məhbusların azad edilməsinə çalışan QHT-lərə dəstək verməsi tapşırılacaq.

Sənəddə Türkiyə hökumətinin təkcə jurnalistlərin yox, vəkillərin, hakimlərin, prokurorların təqibini dayandırması və beynəlxalq öhdəliklərə əməl etməsi gərəkdiyi bildirilib. Ankaranın lazımi tədbirlər görməyəcəyi halda ABŞ Prezidentinin “Maqnitski” Aktına uyğun olaraq, Türkiyəyə sanksiyalar tətbiq edəcəyi, eləcə də ABŞ Maliyyə Nazirliyinin bütün beynəlxalq maliyyə institutlarına ölkəyə istənilən kredit və qrantın təqdimatının dayandırılması ilə bağlı tapşırıq verəcəyi vurğulanıb.

Yeni qanun layihəsi üç senator – Edvard Marki, Ron Uayden və Cef Merkli tərəfindən hazırlanıb. Bu, artıq onların hazırladığı 3-cü belə sənəddir. Belə ki, 2017 və 2019-cu illərdə oxşar qanun layihələri hazırlansa da, qəbul edilməmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90