ABŞ-ın virus araşdırması mətbuata sızdı: GÜNƏŞİ GÖZLƏYƏK

ABŞ-ın virus araşdırması mətbuata sızdı: GÜNƏŞİ GÖZLƏYƏKbackend

Koronavirusdan yoluxma və ölü sayına görə dünyada ilk yerdə dayanan ABŞ-da Daxili Təhlükəsizlik Nazirliyinin sınaqları ilə bağlı bəzi məqamlar mətbuata sızıb.

Busaat.az Cebhe.info-ya istinadən bildirir ki, sınaq nəticəsində virusun hərarətə davam gətirmədiyi, günəş işığının onu məhv etdiyi ortaya çıxıb.

Hesabatdan mətbuata sızan hissədə bildirilir ki, yüksək hərarət və günəş işığı səthlərdə, ya da mikrodamlacıqlar içərisində olan virusun sürətli şəkildə məhv olmasına şərait yaradır. Bu hesabat isə yay aylarında virusun yoxa çıxacağına dair ümidin yaranmasına səbəb olub.

Araşdırmanı aparan nazirliyin rəsmisi hesabatla bağlı danışarkən “Bu məlumatlar hələlik son olaraq təsdiqlənməyib. Ancaq bu istiqamətdə işlər davam etdirilir”,- deyib.

Bəz məlumatlara görə, hesabatın məhz bu hissəsinin mətbuata sızdırılması xüsusi siyasətdir və insanlarda ümid yaratmağa xidmət edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90