ABŞ iqtisadiyyatı 2,9 faiz artıb

image-abd-bayrak-reu-1477259_2backend

ABŞ iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə gözləniləndən 2,9 faiz çox artıb.

Busaat.az xəbər verir ki bu barədə ABŞ Ticarət Departamentindən verilən açıqlamada bildirilib.

Müvafiq olaraq, ABŞ-da ÜDM ötən ilin son rübündə illik 2,9 faiz artım qeydə alınıb.

Tənəzzüllə bağlı narahatlıqlara baxmayaraq, gözləniləndən çox böyüyən ABŞ iqtisadiyyatının sözügedən dövrdə yüzdə 2,6 böyüməsi gözlənilirdi.

Ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 1,6 faiz, ikinci rübündə isə 0,6 faiz azaldıqdan sonra üçüncü rübdə 3,2 faiz artıb. 

Qeyd edək ki, keçən ilin ilk yarısında iki rüb ardıcıl olaraq yaşanan daralma tənəzzüllə bağlı narahatlıqları artırdı.

Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki