ABŞ İraq və Suriyanın sərhəd bölgəsinə hava zərbələri endirdi

image-absiraqbackend

ABŞ-ın Hərbi Hava Qüvvələri İraq və Suriyanın sərhəd bölgəsində İran tərəfindən dəstəklənən qruplaşmaların obyektlərinə hava zərbələri endirib.

Busaat.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Con Kirbi ABŞ prezidenti Baydenin göstərişi ilə həyata keçirilən hava əməliyyatının müdafiə məqsədli olduğunu söyləyib.

O, Suriyada 2, İraqda bir yerdə İran tərəfindən dəstəklənən qrupların istifadə etdiyi əməliyyat obyektləri və silah anbarlarının hədəf alındığını bildirib.

“Hədəflərin İran tərəfindən dəstəklənən qruplar tərəfindən İraqdakı ABŞ personalına və obyektlərinə qarşı pilotsuz hava hücumlarında istifadə edildikləri üçün seçildi. Beynəlxalq hüquqa görə, ABŞ özünümüdafiə hüququndan istifadə etdi”, – Pentaqonun sözçüs deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90