ABŞ Rusiya və Çinə qarşı bu bölgədə HƏRƏKƏTƏ KEÇİRbackend

ABŞ Hərbi Dəniz Qüvvələri Arktikadakı Rusiya sahillərində müntəzəm olaraq patrul xidməti həyata keçirəcək.

Busaat.az xəbər verir ki, bu barədə “Breaking Defence” ABŞ-ın Donanma katibi Kennet Breytveytə istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqton yaxın gələcəkdə Arktikada daha aqressiv davranmalıdır. Çünki bölgədə ruslarla yanaşı, Çinin də mövqeyi güclənməkdədir.

Donanma katibi jurnalistlərlə söhbətində Arktikadakı vəziyyəti ABŞ-ın dəniz sərhədləri, məsuliyyət sahələri və Çin ilə fikir ayrılıqlarının olduğu Cənubi Çin dənizindəki vəziyyəti müqayisə edib.

O, sualtı qayıqları ABŞ-ın bölgədəki əsas üstünlüyü adlandırıb. Eyni zamanda, ABŞ Donanmasının müttəfiqlərdən buzqıran gəmi icarəyə götürməli olduğunu, Rusiyanın bölgədə bütöv bir buzqıran donanmasına sahib olduğunu söyləyib.