ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

image-rusiya-absbackend

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Cəmi 10 fiziki şəxs və 12 şirkət ABŞ-ın yeni məhdudiyyətləri altına düşüb.

Busaat.az xəbər verir ki, sanksiyalar ABŞ administrasiyasının 2021-ci ilin aprelində imzaladığı sərəncama əsasən tətbiq edilir.

“Rusiyanın ABŞ sanksiyalarından yan keçmək üçün etibarlı vasitələrdən istifadə etmək cəhdləri göstərir ki, sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksinin Putinin döyüş təchizatını xeyli çətinləşdirib və onlara baha başa gəlib”, – deyə Maliyyə Nazirliyi katibinin müavini Wally Adeyemo verdiyi açıqlamada bildirib.

ABŞ Maliyyə Nazirliyinin sənədinə görə, sanksiyalar Rusiya, Sinqapur, Kipr, Latviya, İsrail və Özbəkistan vətəndaşları olan şəxslərə və Bolqarıstan, Latviya, Sinqapur, İsrail və Kipr şirkətlərinə qarşı tətbiq edilir.

Xəzinədarlıq Departamentinin məlumatına görə, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) son bir ildə Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan və ixrac nəzarətindən yayınmaq üçün fəaliyyət göstərən 100-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90