Aclıq aksiyası keçirən Əfqan Sadıqovla bağlı – Açıqlama

Aclıq aksiyası keçirən Əfqan Sadıqovla bağlı – Açıqlamabackend

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub.

Ombudsman Aparatından Busaat.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Əfqan Sadıqovun səhhəti və hüquqlarının təmini ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən 25 yanvar 2021-ci il tarixdə həmin müəssisədə Əfqan Sadıqov növbəti dəfə qəbul olunub.

Konfidensial qəbul zamanı o, barəsində olan cinayət işi və məhkəmənin hökmündən narazılığını əsas göstərərək qida qəbulundan imtinanı davam etdirdiyini bildirib.

Müəssisədə həkimin iştirakı ilə Əfqan Sadıqovun sağlamlıq vəziyyəti müzakirə olunub və onun səhhətinin nəzarətdə saxlanılması məqsədilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Hazırda o, koma vəziyyətində deyil, ona lazımi tibbi xidmətlər göstərilir və qəbul zamanı tibbi ximətlərdən narazılığının olmadığını bildirib.

Əfqan Sadıqov müraciətlərinin araşdırılmasına və vəziyyətini diqqətdə saxladığına görə Ombudsmana təşəkkürünü bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90