Acun şagirdlər üçün 7 milyondan çox ianə topladı – Video

Acun şagirdlər üçün 7 milyondan çox ianə topladı – Videobackend

TV 8 kanalının sahibi, məşhur aparıcı Acun Ilıcalı distant təhsildə bərabərliyi qorumaq üçün kampaniya keçirib.

Busaat.az  xəbər verir ki, o, canlı yayıma çıxaraq şagirdləri noutbukla təmin etmək üçün ianə toplayıb.

“Gəlin indi” şüarı ilə təşkil olunan gecədə 100 min lirədən artıq pul bağışlayanlar canlı efirə bağlanıb. Yayımın sonunda ümumilikdə 7, 5 milyon TL pul toplandığı açıqlanıb.

Bundan əlavə, A. Ilıcalıya canlı proqramda sürpriz edilib. Belə ki, aparıcının qızı Leyla yayıma bağlanaraq üç qızı üçün ianə verməyini xahiş edib. Acun da “mən qızlarımın adına 500 min TL pul verirəm” deyə bildirib.

Tədbirdə xeyriyyə kampaniyasına qoşulan tək sənətçi isə Haluk Levent olub. O, yardım üçün 200 min Tl ayırdığını qeyd edib.

https://youtu.be/jbUJHkpGwVY

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90