Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 502 $▲2.17%
  • Ethereum1 829 $▲3.45%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Kriminal

Ad günündə qəza törədən sürücüyə 6 il həbs verildi

image-qeza
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ucar rayonunda sərxoş halda idarə etdiyi avtomobillə ağır qəza törədən sürücüyə hökm oxunub.

Busaat.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Yuxarı Şilyan kənd sakini, 1990-cı il təvəllüdlü Fuad Yusifov Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü (Sərxoş halda ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Fuad doğum günündə spirtli içki qəbul edərək avtomobil sürüb. O, özünə məxsus “Mercedes” markalı avtomobillə Yuxarı Şilyan kəndindən Ucar şəhərinə doğru hərəkətdə olarkən 1984-cü il təvəllüdlü Vüsal Məhəmməd oğlu Xələfovu vurub. Ağır xəsarət alan şəxs vəfat edib.

Məhkəmədə mərhumun yaxınları Fuaddan şikayətçi olublar. Onlar Fuada avtomobili təhlükəli idarə etməsi ilə bağlı Vüsal tərəfindən daha əvvəl xəbərdarlıq edildiyini, bundan bir neçə gün sonra isə onun sərxoş halda Vüsalı vurub öldürdüyünü bildiriblər.

Məhkəmə prosesi yanvarın 23-də başa çatıb. Təqsirləndirilən şəxsə 6 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133594