AFFA-dan Rəşad Sadıqov və köməkçisinə ağır cəza

image-resadbackend

AFFA  İntizam Komitəsinin iclası keçirilib. Busaat.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/2 finalında keçirilən “Zirə” – “Keşlə” matçı ilə bağlı qərarlar qəbul edilib.

Həmin matçda hakimə etiraz edərək meydana daxil olan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun da cəzası bəlli olub.

Texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olan Sadıqova  2 oyunluq  cəza və 1600 manat cərimə  verilib.

Həmin matçla bağlı digər qərarlar aşağıdakı kimidir:

“Zirə” – “Keşlə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə”nin 12 nömrəli futbolçusu Lazar Corceviç “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.

“Zirə”nin 2 nömrəli futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Zirə”nin məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanıb, klubu 8000 manat cərimə olunub.

“Zirə” – “Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunub.

“Zirə”  – “Keşlə” oyunundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunub.

“Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90