AFFA karikaturalar üçün Omar Momaniyə nə qədər pul ödəyib?

AFFA karikaturalar üçün Omar Momaniyə nə qədər pul ödəyib?backend

Futbol mövzusunda çəkdiyi karikaturalar ilə məşhur olan Omar Momaninin son bir həftədə Azərbaycan yığma komandası ilə bağlı 2 paylaşım etməsi diqqət çəkib.

Karikaturanın biri futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Luksemburqla ev oyununa, ikincisi isə Kiprlə səfər matçından sonra Maksim Medvedevin “yaxşı alındı” söhbətinə həsr olunub. Hər iki çizimdə diqqət çəkən AFFA-nın tərəfdaşlıq etdiyi Procter & Gamble şirkətinin məhsul yerləşdirməsi (Product placement) olub.

Futbol ictimaiyyəti və azarkeşlər AFFA-nı sözügedən karikaturalar üçün iordaniyalıya yüksək məbləğ ödəməkdə və büdcəni boş işlərə xərcləməkdə ittiham edib.

1558009755

AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev  açıqlamasında məsələyə aydınlıq gətirib:

“Son 2 karikatura AFFA ilə əməkdaşlıq edən Procter & Gamble şirkətinin UEFA Millətlər Liqası öncəsi öz hüquqlarını aktivləşdirməsi ilə çəkilib. Omar Momani futbol mövzusunda karikaturaları ilə məşğul olduğundan, bizim tərəfimizdən influenser kimi tövsiyə edilib”.

Federasiya rəsmisi AFFA-nın karikaturalar üçün Omar Momaniyə ödəniş etmədiyini bildirib: “Omarla uzun müddətdir əlaqələrimiz var. Azərbaycan yığma komandası ilə bağlı öz təşəbbüsü ilə bir neçə karikatura çəkmişdi. Bizim Avropa Liqası finalı ərəfəsində onlayn bilet satışı ilə bağlı iki sifarişimiz olub. Bu da onun auditoriyasının bu baxımdan uyğun olması ilə əlaqədardır. Həmin vaxt ödəniş UEFA-nın onlayn bilet satışı büdcəsindən edilib. Faktiki olaraq, AFFA tərəfindən Omar Momaniya ödəniş edilməyib”.

Offsideplus.az

118808717 339917697152607 3372152837137455246 n119053619 1482187745324634 921028586050029526 n

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90