AFFA üç klubu 800 manat cərimə etdi

AFFA üç klubu 800 manat cərimə etdibackend

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Busaat.az  xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Səbail” – “Sumqayıt” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Keşlə” – “Qəbələ” oyununda həm meydan sahiblərindən, həm də qonaqlardan bəzi rəsmi şəxslər “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

“Sabah” – “Zirə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə”nin futbolçusu Mateus Albino ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90