Ağ Ev sözçüsü açıqladı: Trampın qalib gəlməsi üçün bu lazımdır

Ağ Ev sözçüsü açıqladı: Trampın qalib gəlməsi üçün bu lazımdırbackend

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Arizona, Corcia və Pensilvaniya əyalətlərində qələbə qazanacağı təqdirdə ikinci müddətə yenidən seçilə bilər.

Busaat.az  xəbər verir ki, bu fikri Ağ Evin mətbuat katibi Keyli Makineni “Fox News” kanalının efirində deyib.

“Əlbəttə, zəfərə yol Arizona, Pensilvaniya və bizim lider olduğumuz Corcoiadan keçir”, – sözçü deyib və Ağ Evin hazırkı rəhbərinin Pensilvaniyada əhəmiyyətli dərəcədə irəlidə olduğunu söyləyib. Mətbuat katibi inamla əlavə edib: “Biz Arizonada qalib gələcəyimizə inanırıq”.

Makineniyə görə, Pensilvaniyada səs saxtalaşdırması ola bilər.

“Fox News”a görə, Tramp 214, Demokratik rəqibi Co Bayden 264 səs alıb. Qələbə qazanmaq üçün namizəd 270 səs almalıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90