Ağacları kəsən şirkətlə bağlı cinayət işi başlandı

image-agac-1backend

Xırdalan şəhərində tikinti işlərinin aparılması üçün hasara alınmış ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluqdan Busaat.az-a verilən məlumata görə, M.Ə.Rəsulzadə küçəsi-1 ünvanında tikinti işləri aparan “Proqress-2016” MTK-nın direktoru Emil Səməndərov tikinti aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mövcud olmuş, meşə fonduna daxil olmayan 12 ədəd ağacın qanunsuz kəsilməsinə göstəriş verib.

Nəticədə dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 9 min 800 manat məbləğində ziyan vurulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90