Ağcabədidəki partlayışla bağlı rayon prokurorluğunda araşdırma aparılır

image-3backend
image-ad_qayo_720x110px

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə busaat.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son məlumata əsasən, hidəsinə nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki