Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Busaat.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik və “MAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Ağdaş təcili tibbi yardım stansiyasından verilən məlumata görə, ölən şəxslərdən 1986-cı il təvəllüdlü Niftalıyev Tofiq Məhəmməd oğlunun və yaralılardan 1977-ci il təvəllüdlü Həlləyev Şamil Əli oğlunun adı məlumdur.