Aİ Nigerdə ​​üsyançılara qarşı hərbi əməliyyat keçirməyə hazırdır

image-default-2023-08-01t225156-927backend

Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) oxşar müraciəti olacağı təqdirdə Avropa İttifaqı  Nigerdə ​​hərbi əməliyyat keçirməyə hazırdır.

Busaat.az xəbər verir ki, bunu Aİ-nin xarici xidmətinin rəsmi nümayəndəsi Nəbilə Massralı  bildirib.

Onun sözlərinə görə, Aİ hələlik bu cür müraciətlər almayıb, lakin qəbul olunarsa, onlara baxmağa hazırdır.

Massrali Nigerdəki çevrilişi “demokratiya üçün təhlükə” adlandırıb.

Diplomat bildirib ki, Aİ çevrilişi “regionda siyasi hakimiyyətin əsaslandığı demokratik prinsiplərin pozulması” hesab edən ECOWAS-ın mövqeyini tam dəstəkləyir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90