Aİ-nin Belarusla bağlı qadağaları bu gündən qüvvəyə minir

image-belgium-nato-summitbackend

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu gecədən etibarən Belarus havayolu şirkətlərinin Avropa hava məkanından və hava limanlarından istifadə edə bilməyəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Mişel mayın 23-də Minsk hava limanında “Nexta” teleqram-kanalının qurucusu Roman Protaseviçin saxlanılmasına etiraz olaraq tətbiq edilən sanksiyaların genişləndiriləcəyini bildirib:

“Verdiyimiz sözü tutduq. Bu gündən etibarən qadağalar qüvvəyə minir”,- deyə o bildirib.

Aİ Şurasının prezidenti siyasi motivlərlə tutulanların sərbəst buraxılması barədə çağırış edib: “Əks təqdirdə təşkilatlara və fiziki şəxslərə qarşı daha çox sanksiyalar tətbiq olunacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90