AİHM-dən Ermənistan yönümlü QƏRAR: “Azərbaycan iki gün ərzində sorğuya cavab versin”

image-aihmbackend

Avropa Məhkəməsi dünən Ermənistanın təqdim etdiyi müvəqqəti tədbirlərin tətbiqi tələbi ilə bağlı qərar qəbul edib.

Busaat.az xəbər verir ki, məhkəmə dekabrın 19-u, Fransa vaxtı ilə bazar ertəsi saat 16:00-a kimi Ermənistanın sorğusuna cavab göndərmək üçün Azərbaycana vaxt verilməsinə qərar verib.

Bildirilib ki, məhz bundan sonra məhkəmə yekun qərar verəcək.

Qeyd edək ki, Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyi dünən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək, Azərbaycana qarşı müvəqqəti tədbirlərin görülməsini tələb edib və sonuncunu Laçın yolunun blokadadan çıxarmağa məcbur edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki