Alman jurnalistdən sensasion paylaşım – 4000 erməni əsgəri ölüb

Alman jurnalistdən sensasion paylaşım – 4000 erməni əsgəri ölübbackend

Məşhur alman nəşri “Bild”in hərbi müxbiri Pol Rontsxaymer sensasion açıqlama yayıb.

Busaat.az xəbər verir ki, o, qaynar nöqtələrdən hazırladığı reportajlarla tanınır. İki Qafqaz dövləti arasındakı savaşı izləmək üçün bölgəyə gələn Pol ilk olaraq İrəvanda gördüyü mənzərədən söhbət açıb.

Onun statusunu millət vəkili Zahid Oruc olduğu kimi paylaşıb.

Metbuat.az paylaşımı olduğu kimi təqdim edir:

Pol Rontsxaymer (Paul Ronzheimer)

“Ermənilər özlərini təklənmiş hiss edirlər. Çünki 4 min nəfərə qədər əsgər itiriblər. Praktiki olaraq, hamı hərbiyə çağrılan bir adam tanıyır. Ermənistan hava limanında mənimlə qarşılaşan adamlar soruşur: ”nə üçün Merkel müharibədən bu qədər az danışır?”

Jurnalist qeyd edir ki, onu qarşıda Xankəndinə olan 8 saatlıq, uzun yol gözləyir.

Qeyd edək ki, İrəvan belə səfərlərdən öz təxribatçı maraqları naminə istifadə edir. Azərbaycan isə belə səfərlərin təşkili zamanı rəsmi Bakıdan icazə alınmasının vacibliyini rəsmi olaraq vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90