Almaniya və İspaniyadan çətin qələbə- Millətlər Liqası

Almaniya və İspaniyadan çətin qələbə- Millətlər Liqasıbackend

Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.

BUSAAT.AZ xəbər verir ki, birinci dövrənin son turu çərçivəsində 4 qrup üzrə 7 oyun baş tutub.

İddialıların yer aldığı A liqasında Ukrayna Almaniyanı, İspaniya isə İsveçrəni qəbul edib. Hər iki oyunda favoritlər – Almaniya və İspaniya çətin qələbəyə sevinib.

Azərbaycan millisi C liqasında Monteneqronun qonağı olub və məğlubiyyətlə üzləşib. Eyni qrupun digər matçında Lüksemburqla Kipr görüşüb. Bu oyunda da meydan sahibləri qələbəni bayram edən tərəf olub.

Zəiflərin yer aldığı D liqasında hər iki qrupun matçları oynanılıb. Farer adaları Latviya, Andorra Malta ilə ev görüşündə qüvvəsini sınayıb. Bu oyunlarda qalib müəyyənləşməyib. Lixtenşteyn isə Cəbəllütariqi qonaq edib və minimal hesabla uduzub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90