AMEA-nın mühafizəsinə 67 nəfər cəlb olundu – 700 min pul ayrılıb

image-1backend
image-ad_qayo_720x110px

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.
“Alov-Mühafizə” MMC 2025-ci il ərzində (12 ay) Akademiya şəhərciyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA “Alov-Mühafizə” MMC-yə 472 min 497 manat 49 qəpik ödəyəcək.
Qeyd edək ki, Akademiya şəhərciyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsinə ümumilkdə 42 nəfər cəlb olunacaq ki, onlardan 36-sı mühafizəçi, digərləri isə rəislər və paturullar olacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, hər bir mühafizəçiyə düşəcək orta aylıq məbləğ 937,5 manat olacaq.
Onu da qeyd edək ki, AMEA “Alov-Mühafizə” MMC ilə daha 2 müqavilə imzalayıb. Bunlardan biri Radiasiya Problemləri İnstitutunun, digəri isə Dendrologiya İnstitutunun mühafizəsi ilə bağlıdır.

“Alov-Mühafizə” AMEA Radiasiya Problemləri İnstitutunun mühafizəsini 18 nəfərlə təşkil edəcək və qarşılığında 144 min 7 manat 20 qəpik (bir nəfər 666,7 manat) alacaq. Dendrologiya İnstitutunun mühafizəsiylə üçün isə 7 nəfər cəlb olunacaq və 81 min 504 manat 96 qəpik (bir nəfər 970,3 manat) alınacaq.
AMEA-nın əvvəlki illərdə keçirdiyi analoji tenderlərdə də “Alov-Mühafizə” MMC qalib olub. Ötən il AMEA Dendrologiya İnstitutunun mühafizəsini təşkil etmək üçün “Alov-Mühafizə”yə builkindən az – 49 min 860 manat ödəyib.
Məlumat üçün bildirək ki “Alov-Mühafizə” MMC 21 aprel 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.

Mətbuatda yayılan sənədlərdən məlum olur ki, “Alov-Mühafizə” MMC-nin baş idarə rəisi Qasımov Etibar Ağahüseyn oğlu olub. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən “Riyad Mühafizə Xidməti” və “Vətən-N Mühafizə Xidməti” MMC-lərin qanuni təmsilçisi olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki