AMEA-nın Neft və Qaz İnstitutu TEKTİ ilə əməkdaşlığa başlayır

AMEA-nın Neft və Qaz İnstitutu TEKTİ ilə əməkdaşlığa başlayırbackend

AMEA-nın Neft və Qaz İnstitutu ilə Azərbaycan Milli Aerokosmik Agentliyinin T.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu (TEKTİ) arasında elmi əməkdaşlığa dair saziş imzalanıb.

Sənəd TEKTİ-nin direktoru Fəxrəddin Ağayev və Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov tərəfindən imzalanıb.

Sazişə əsasən, kosmik təsvirlərin emal edilməsi və elektron xəritələrin yaradılması, yeni texnologiyaların istifadəsi ilə birgə elmi-texniki layihələrin  hazırlanması, dəniz akvatoriyasında neft-qaz hasilatının ətraf mühitə təsirinin qiymətləndirilməsi, eləcə də koqnitiv metodikasının işlənilməsi istiqamətləri üzrə elmi əlaqələrin qurulması nəzərdə tutulub. Həmçinin Abşeron yarımadasında neftlə çirklənmiş sahələrin aerokosmik monitorinqi və bu ərazilərin radioloji monitorinqinin aparılması, peyk məlumatları əsasında sahilyanı zona və dəniz akvatoriyasının müxtəlif tullantılarla çirklənmiş ərazilərinin yayılma dinamikasının modelləşdirilməsi və xəritələrin qurulması da sənəddə əksini tapıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90