Amerikalı siyasətçidən Azərbaycana dəstək paylaşımıbackend

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri Ermənistan tərəfindən yenidən ağır artirelliya hücumuna məruz qalıb. Amma hər iki şəhər cəbhə bölgəsindən çox uzaqdır”.

Busaat.az  xəbər verir ki, bu fikirləri ABŞ-da Duqlas və Sara Ellison adına Xarici Siyasət Mərkəzinin direktoru Lyük Koffi öz tivitter hesabında yazıb.

“Gəncə şəhərinin əhalisi 500 mindir, Mingəçevir şəhərinin isə 100 min əhalisi var, burada su anbarı və hidroelektrik stansiya yerləşir”,- deyə L. Koffi paylaşımına əlavə edib.

Qeyd edək ki, Lyuk Koffi əvvəl də paylaşımlarında Qarabağda döyüşən ermənilər arasında 100 kürdün olduğunu bildirmişdi.