Anar Məmmədov məşğulluq, səhiyyə və hüquqla bağlı müraciətləri dinlədi

Anar Məmmədov məşğulluq, səhiyyə və hüquqla bağlı müraciətləri dinlədibackend

​Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilən Anar Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini və problemlərini dinləmək məqsədilə onlayn formada seçicilərin növbəti qəbulunu keçirib.

Onlayn qəbulda Naftalan və Dəliməmmədli şəhəri, Borsunlu, Qaradağlı, Bağçakürd, Faxralı, Düzqışlaq kəndlərinin sakinləri iştirak edib və onları narahat edən məsələlərlə bağlı millət vəkilinə müraciət ediblər.
​Vətəndaşların müraciətləri daha çox şəxsi problemlər, məşğulluq, səhiyyə və hüquqla bağlı olub. Seçicilər eyni zamanda yaşadıqları ərazidə mövcud ümumi məsələlərlə bağlı şikayətlərini də səsləndiriblər.

​Onlayn qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən şikayətlər həll edilməsi üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90