Ankara Belçika parlamentinin Qarabağa dair qətnaməsini pislədi

Ankara Belçika parlamentinin Qarabağa dair qətnaməsini pislədibackend

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Belçika parlamentinin aşağı palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyib. Busaat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

“Bu gün Belçika Nümayəndələr Palatasının Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 1597 saylı qətnamə “yerdə”dəki nə tarixi, nə hüquqi, nə də faktiki reallıqlara uyğundur. Biz Türkiyənin ünvanına əsassız iddialar və ittihamları özündə əks etdirən bu qətnaməni rədd edirik”, – Türkiyə XİN rəsmisi Hami Aksoyun yazılı bəyanatında deyilir.

Aksoy bildirib ki, bu sənəd Belçika Nümayəndələr Palatasının, eləcə də bir sıra digər parlamentlərin birtərəfli ermənipərəst ritorikasına alət olmalarına, qərəzli hərəkət etmələrinə və daxili siyasətə yönəlmiş dar maraqların girovuna çevrilmələrinə bariz nümunədir.

“Qətnamə Türkiyə-Belçika münasibətlərinə heç bir töhfə verməyəcək və regionda sülhə və sabitliyə nail olmaq üçün səy göstərməyəcək”, – o deyib.

Diplomat qeyd edib ki, bu cür qətnamələr Ermənistana aid faktların tanınması prosesini də ləngidir və onu öhdəliklərini yerinə yetirməkdən yayınmağa sövq edir.

“Bundan başqa, Belçika Nümayəndələr Palatasının həmin gün qəbul etdiyi qətnamədə 1915-ci il hadisələrinə istinadla dekabrın 9-nu soyqırım qurbanlarının xatirə günü elan edilməsi də hüququn əsas prinsiplərinə, ilk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına ziddir”, – deyə o əlavə edib.

Aksoyun sözlərinə görə, Ankarada Belçikadan həssas davranmağı və bu qərarlar çərçivəsində ikitərəfli münasibətlərə kölgə salacaq addımlar atmaqdan geri çəkilməyi gözləyirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90