Ankara İrəvanı Bakı ilə sülhə tələsdirir – AKTUAL ŞƏRH

image-94backend

“Azərbaycanla Ermənistan arasında görüşlər davam edir, münasibətlərin normallaşacağı təqdirdə bizim də ssenarimizi hazırlamağımız lazım olacaq”.

Busaat.az xəbər verir ki. bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə müsahibəsində Ermənistanla sərhədin açılmasının şərtlərindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda münasibətlərin normallaşması istiqamətində fəaliyyətlər davam edir:

“Yekunda pozitiv ssenarini həyata keçirə bilərik, yəni Ermənsitanla sərhədi aça bilərik”.

Hakan Fidanın açıqlamasını şərh edən siyasi şərhçi Aqşin Kərimov Busaat.az-a bildirib ki, Türkiyə Cənubi Qafqazda rəqibləri üzərində strateji qələbə elan etmək yolunda irəliləmək üçün regional oyunçu baxımından Azərbaycan-Ermənistan sülh gündəliyinin açarına çevrilməyi hədəfləyib. Onun sözlərinə görə, Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında aparılan danışıqlar rəsmi Ankaraya regional irəliləyişə imkan vermək üçün hazırlanmış reqlamentin bir hissəsi idi:

“Təbii ki, Azərbaycan üçün strateji müttəfiqi Türkiyənin daha geniş vizyon ortaya qoyması sərfəli və strateji cəhətdən faydalıdır.

Türkiyə şərt kimi Ermənistanın üzərinə böyük bir məsuliyyət yükləyir ki, o, Azərbaycanla sülh proqramını zədələməsin və müqavilə imzalanmasına doğru qabağa aparsın. Çünki rəsmi Ankara müqavilənin yaradacağı imkanları effektiv regional siyasət tərzinə açar kimi qiymətləndirir. Əsasən də, Zəngəzur dəhlizinin açılması perspektivi Türkiyənin geniş vizyonu üçün böyük dəyərdir.

Ona görə də, Türkiyə Ermənistanı Azərbaycanın şərtləri daxilində sülhə çağırır, amma rəsmi Ankara mümkün regional eskalasiya risklərini də hesablamaqdadır”.

Müsahibimizə görə, Türkiyə bilir ki, Fransanın Cənubi Qafqaz siyasətindəki Ermənistanı revanşizm üçün qidalandırmaq testləri Azərbaycanla yanaşı, rəsmi Ankaranın da maraqlarına qarşı cəbhə açmaq niyyətini ifadə edir.

Onun sözlərinə görə, bunu bloklamaq üçün qardaş ölkə Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar bəyanatlarından tutmuş, Ermənistan Konstitusiyasının dəyişdirilməsinə qədər geniş tələblərnə dəstək verir:

“Beləliklə, rəsmi Ankara rəsmi İrəvanı sülhə tələsdirir və bunu Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının açarı kimi şərtləndirir. Lakin Ermənistan Türkiyə ilə əlaqələrin ayrıca ikitərəfli proqram çərçivəsinə daxil etməyə çalışır. Bakı və Ankara strateji tandemi üçün bu proqram əlverişli deyil, ona görə də iki müttəfiq Cənubi Qafqazda biri digərindən kənar addım atmır”.

Aqşin Kərimov: Rəsmi Ankara mümkün regional eskalasiya risklərini də hesablamaqdadır

A.Kərimov onu da diqqətə çatdırıb ki, ümumilikdə Ermənistanın son aylarda etdiyi hərəkətləri və mesajları nəzərə alsaq, İrəvanın Bakı ilə sülh razılaşmasını tormozlamağa çalışdığını proqnozlaşdıra bilərik. Siyasi şərhçi qeyd edib ki, bu, xüsusilə Ermənistanın Avropa İttifaqından aldığı 10 milyon avroluq hərbi yardım paketinin işığında aydın görünür. Fransa və Hindistan da alınan silahlar regional eskalasiya üçün hazırlıq məqsədi daşıya bilər.

“Türkiyə Ermənistanla danışıqlarda mütləqdir ki, bu mövzuları qabardır. Birincisi, Türkiyə Azərbaycanla birgə regiona daha aydın qəzəbli gündəliklə daxil olan Fransa və Hindistana qarşı mübarizələrdə səylərini birləşdirir. İkincisi, Rusiyanın Qərblə regiondakı strateji imkanlar üçün apardıqları rəqabəti yönləndirir. Üçüncüsü, yönvermənin geosiyasi nəticələri sülh müqaviləsi mətninin tərtibatını Bakı-Ankara masasında təyin edən prosesə çevrilir”, – deyə Aqşin Kərimiov vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki