Ankarada Birinci “Qarabağ Azərbaycandır” Simpoziumu təşkil edildi – Tanınmış jurnalistlər bir araya gəldi

image-8d88ca9e-a7d7-42c3-8c76-f9b3e623625f-768x403-1backend

Türkiyənin paytaxtı Ankarada Birinci “Qarabağ Azərbaycandır” Simpoziumu təşkil edilib.

Busaat.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Türkiyə Evi (ATEV) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə Ankaradakı Ulucanlar Həbsxana Muzeyində Birinci “Qarabağ Azərbaycandır” Simpoziumu keçirilib.

Qarabağ zəfərində Türkiyənin verdiyi dəstək, türk ictimaiyyətinin və media quruluşlarının zəfərin əldə edilməsindəki rolunun müzakirə edildiyi simpoziuma Türkiyə və Azərbaycandan millət vəkilləri, QHT rəhbərləri, jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri qatılıblar.

İki hissədə baş tutan sipmoziumun açılış mərasimində AYD sədri Sinan Burhan, ATEV sədri Tənzilə Rüstəmxanlı, Radio-Televiziya Jurnalistləri Dərnəyinin sədri Şəbnəm Bursalı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Ərən, Türkiyə Böyük Millət Məclisinin deputatı Nazim Maviş çıxış edib, iki ölkə arasındakı münasibətlərin İkinci Qarabağ Savaşı ilə başqa bir müstəviyə daşındığını qeyd ediblər.

Simpoziumun birinci – Media Paneli Türkiyənin “Akşam” qəzetinin Ankara nümayəndəsi Emin Pazarcının moderatorluğu ilə baş tutub. Paneldə millət vəkili Sabir Rüstəmxanlı, “Kanal D” Ankara təmsilçisi Zəfər Şahin, “Kanal 7″nin Ankara nümayəndəsi Mehmet Acet və “Yeni Akit” qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı çıxış edərək Türkiyə ilə Azərbaycan arasındakı media əlaqələrindən, bu münasibətlərin gəlcəyindən danışıb, sözügedən sahədə həmrəyliyin vacibliyinə diqqət çəkiblər.

Azərbaycanın illər sonra torpaqlarının geri almasının səbəblərinə toxunan Emin Pazarcı, bunun müdafiə səınayesinin inkişafı ilə də əlqələndirib:

“Artıq bir sıra silahlarımızı özümüz istehsal edirik. Silahlı və silahsız PUA-larla münaqişələrin gedişatını dəyişdiririk”.

Çıxış edən Sabr Rüstəmxanlı isə, “Tariximiz kimi havamız, suyumuz da birdir. Bu birlik və bərabərliyi pozmağa çalışanlar olsa da, onların istəkləri yerinə yetməyəcək”, – deyib.

“Əlli, yüz il də keçsə, tarix iki qəhrəmanı unutmayacaq. Cənab Əliyevlə Ərdoğan adlarını Qarabağ savaşı ilə dünya tarixinə qızıl hərflərlə yazdırdılar”, – deyə Mehmet Acet vurğulayıb.

İşğaldan azad edilmiş torpaqlara səfərindən danışan Hacı Yakışıklı, “Şuşada olarkən uçmuş bir binada iki bayraq diqqətimi çəkdi. Onlar Azərbaycan və Türkiyə bayraqları idi. O zaman bir daha inandım ki, bizim taleyimiz birdir”, – deyə bildirib.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB-nin sədri Toğrul Allahverdilinin moderatorluğu ilə baş tutan ikinci – Gənclik Panelində “EkoAvrasya”nın sədri Hikmət Ərən, AGAH sədri Təbriz Raufoğlu, araşdırmaçı-yazar Dəniz Dəmir və diaspor aktivisti Rəşid Mustafazadə çıxış ediblər. Çıxışçılar Vətən müharibəsi davam edərkən hər iki ölkənin gənclərinin sosial mediada birlikdə informasiya müharibəsi apardıqlarını bildiriblər.

Diqqətçəkən müzakirələrin aparıldığı simpozium Türkiyə-Azərbaycan qardaşlığına dəstək verən türkiyəli jurnalistlərə plaketlərin təqdim edilməsilə başa çatıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90