Bu gün aprel Şəhidimiz gizir Pəncəli Nurməmməd oğlu Teymurovun doğum günüdür. Şəhid gizirimiz 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndinə doğulub.
“Yeni Gündəm”in məlumatına görə, Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı dəstəmizin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayon Əzərüd kəndində böyük izdihamla dəfn edilib.Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərin xalqımız qarşısında xidmətləri unudulmazdır. Dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın…
“Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv…
Gün quruba əyilirdi. Üfüqlər Günəşin zərrin şüaları ilə qırmızı rəngə boyanmışdı. Şərqdən Qərbə üz tutan Günəş yenidən doğulmaq üçün atəşlərdə yanırdı…
Demokrat.az xəbər verir ki, görüşdə iştirak edən sahibkarlar arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub, yeni iş əlaqələrinin qurulmasına dair…
Bu gün "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi (İMD İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə…