Arayik Arutyunyan könüllülərə yalvardı: “Vəziyyət ölümcüldür, hər kəs…”

Arayik Arutyunyan könüllülərə yalvardı: “Vəziyyət ölümcüldür, hər kəs…”backend

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağın qondarma “başçısı”  Arayik Arutyunyan Facebook səhifəsində birinci Qarabağ müharibəsi iştirakçılarına yalvarıb.

Busaat.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

O, həmin iştirakçıların döyüş əməliyyatlarına cəlb olunması üçün çağırış edib:

“Əziz həmvətənlər, vəziyyət ölümcüldür. Könüllülərlə aktiv görüşlərim olur.

Hər kəs bir nəfər kimi ayağa qalxmalıdır. Söhbət Qarabağı (Alçaq erməni, Qarabağın öz sahibi var, tezliklə əlindən alıb səni də cəhənnəmə vasil edəcək) xilas etməkdən gedir. Birinci Qarabağ müharibəsinin iştirakçıları mübarizəyə cəlb olunur. Xalqımızın göstərdiyi həmrəyliyə görə minnətdaram”, – deyə yazıb.

Haşiyə: Görün, Ermənistan adlı bir dövlət nə günə qalıb ki, bir qotur erməni “Facebook”la döyüşə adam axtarır. Başqa zaman güclü ordu yaratdığınızı bəyan edirdiniz. Nooldu, bəs?  Deməli, o güclü ordu mifini Azərbaycanın cəsur həbrçiləri bircə həmlə ilə məhv etdi və PUA-ların zərbələri altında torpağa gömüldü.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90