Arutyunyan Qarabağdan qaçanların qarşısını kəsmək üçün komendant saatı tətbiq etdi

Arutyunyan Qarabağdan qaçanların qarşısını kəsmək üçün komendant saatı tətbiq etdibackend

İşğal edilən Dağlıq Qarabağın qondarma “başçısı” Araik Arutyunyan insanların və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə məhdudiyyətlərin tətbiqi barədə fərman imzalayıb.

Busaat.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“Fərarilik xəyanətə bərabərdir” – Arayik Arutyunyan ermənilərə müraciət edib.

Fərmanla insanların hüquq və azadlıqlarına müvəqqəti məhdudiyyətlərin tətbiqini, nəqliyyat vasitələrinin yerdəyişməsini təşkil etmək üçün komendantlıq yaradılıb.

Karen Sarkisyan bu “vəzifəyə” təyin edilib.

“Səfərbərlik çağırışına məruz qalan şəxslər üçün Qarabağ ərazisindən çıxış məhduddur və yalnız xüsusi hallarda, komendant tərəfindən verilən vəsiqə olduqda icazə verilir”. Mesajda ​​deyilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90