“ASAN xidmət” brendi Koreyada təqdim olunub – FOTOLAR

image-asan-xidmet1backend

Koreya Respublikasının Seul şəhərində “İdarəetmədə innovasiyalar və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib.

Bu barədə Busaat.az-a “ASAN xidmət”dən bildirilib.

Tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Astana Dövlət Qulluğu Mərkəzinin, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin və Milli İnformasiya Cəmiyyəti Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi ölkəmizdə dövlət sektorunda ağıllı həllərin yaradılması və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı layihənin sonrakı mərhələsində dövlət xidmətlərində dizayn düşüncəsinin tətbiqinə dair təcrübə mübadiləsinə dair çıxış edib. Eyni zamanda “ASAN xidmət” brendinin intellektual məhsul kimi digər ölkələrə ixrac edildiyini qeyd edib, qlobal texnoloji trendlərin tətbiqi ilə bağlı uğurlu təcrübələri iştirakçıların diqqətinə çatdırıb.image-asan-xidmet2 image-asan-xidmet3 image-asan-xidmet4

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki