“AtaBank” və “AmrahBank”da əmanəti olan şəxslər üçün vacib XƏBƏR

“AtaBank” və “AmrahBank”da əmanəti olan şəxslər üçün vacib XƏBƏRbackend

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “AtaBank” ASC və “AmrahBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

Busaat.az xəbər verir ki, bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Bildirilib ki, “AtaBank” ASC və “AmrahBank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.

Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90