Atəşkəsdən 1 gün sonra Şuşa işğal edilmişdi – Xainliyin tarixçəsi…

Atəşkəsdən 1 gün sonra Şuşa işğal edilmişdi – Xainliyin tarixçəsi…backend

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, o cümlədən 27 sentyabrdan başlayaraq Azərbaycanın mülki əhalisinə qarşı terror aktı törətməsini əks etdirən videoçarx hazırlanıb.

Busaat.az  xəbər verir ki, videoda 1992-ci ildə və 2020-ci ildə əldə olunan atəşkəs razılığına ermənilərin məhəl qoymaması və terror törətməsi tarixinin təkrarlanması göstərilir.

Belə ki, 1992-ci ilin mayın 7-də Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İran prezidenti Əli Əkbər Rəfsəncaninin vasitəçiliyi ilə Tehranda görüş keçirdi və atəşkəs razılığı elan olundu. Cəmi bir gün sonra – 8 may 1992-ci ildə erməni ordusu Şuşanı işğal etdi.

1992-ci ilin 21 fevralında Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə atəşkəs razılaşması imzalandı. Beş gün sonra ermənilər Xocalı soyqırımını törətdi.

2020-ci ilin 10 oktyabrında Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılıq əldə olundu.

Atəşkəsin elan olunduğu gündən bir gün sonra- 11 oktyabrda ermənilər Gəncəyə raket zərbələri endirdi. 10 dinc sakin həlak  oldu, 40 nəfər ağır xəsarət aldı, 80 nəfərin evi isə yararsız hala düşdü.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90